İş yerinin ünvanı:
Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9
Vəzifə öhdəlikləri:
• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
• Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
Tələblər:
• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
Əlavə məlumat:
- Nahar şirkət tərəfindən təmin olunur;
- Korporativ nömrə ilə təminat.
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən mövzu sətrində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə CV ni elektron poçt ünvanına göndərmələri rica olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.