Vəzifə öhdəlikləri
- Şirkətin daxili logistika və anbar əməliyyatlarının effektiv şəkildə planlaşdırılması, təşkil olunması və nəzarətdə saxlanılması
- Gündəlik anbar proseslərinin (malların qəbulu, yerləşdirilməsi, saxlanması, yüklənməsi və çıxarılması) düzgün icrasına rəhbərlik etmək
- Anbar ehtiyatlarının vaxtında və dəqiq uçotunun aparılmasını təmin etmək
- Malların dövriyyəsinin izlənməsi və ehtiyat səviyyəsinin optimallaşdırılması
- Daxili daşınmaların və məhsul hərəkətlərinin koordinasiyası
- Logistika və anbar komandalarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
- Anbar və logistika sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Tədarük, satış və istehsalat komandaları ilə əlaqəli şəkildə işləyərək proseslərin səmərəliliyini artırmaq.
- Aylıq və illik inventar proseslərini təşkil etmək və nəticələrə nəzarət etmək.
- Logistika və anbarla bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək.
Tələblər
- Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə arzuolunandır)
- Logistika və anbar sahəsində ən az 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
- 1C digər anbar idarəetmə proqramlarında təcrübə
- Anbar və məhsul uçotu, yükləmə/boşaltma, daşınma prosesləri üzrə dərin biliklər
- Komandaya rəhbərlik və proseslərin effektiv təşkil olunması bacarığı
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və analitik düşüncəli olmaq
- Güclü təşkilatçılıq və zamanın idarə olunması bacarığı
- Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/ya ingilis dili bilikləri əlavə üstünlükdür.
İş şəraiti
- Əmək haqqı – 2500-3000 AZN
- Nahar Şirkət tərəfindən qarşılanır
- Mobil nömrə
- 6 günlük iş rejimi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.