Camal LTD Camal LTD
  • 512

Nəqliyyat şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat şöbə müdiri

  • Deadline 30 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
  • Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
  • Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
  • Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Bölgələrdə olan nəqliyyat vasitələrinin  təmir prosesinin və çıxan çatışmamazlıqların aradan qaldırılmasının təşkili;
  • DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra  təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
  • Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
  • Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
  • Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
  • Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
  • Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
  • Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
  • İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
  • İş prosesi ilə  bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi.

Vəzifə səriştələri:

  • Məsuliyyətlilik və Nəticə yönümlülük
  • Problemləri həll etmə və Risklərin idarəedilməsi
  • Planlama və Təşkilatçılıq
  • Stresə davamlı.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi:  Nəqliyyat sahəsinə nəzarət üzrə ən azı 5-10 il 
  • Dil bilikləri: Azərbaycan dili (əla) 
  • Ezamiyyət tələbləri: Ezamiyyətə çıxa bilməlidir.

İş qrafiki:

  • 6 günlük qrafik  
  • Nahar ilə təmin edilmə
  • Telefon danışıq limiti
  • Əmək haqqı razılaşma yolu ilə.

İş yeri: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9/21D

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily109
  • Weekly542
  • Monthly109