Tələblər:
- Sahə üzrə Ali təhsil
- Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
- Elektro-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
- MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Problemlərə çevik yanaşma
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Vəzifələri:
- Dondurma istehsal edən avadanlıqların istismarını, yağlamasını və təmizlənməsini həyata keçirir.
- Xətdə və digər avadanlıqlarda nasazlıq baş verərsə və nəticədə iş prosesi pozularsa, dərhal həmin nasazlığı aradan qaldırmaq üçün tədbirlər görür, bu mümkün olmadıqda İstehsalat rəhbərinə dərhal məlumat verir.
- İstehsalat zəruriyyəti ilə əlaqədar lazimi hallarda zavod ərazisində və digər sexlərdə bacarıq səviyyəsinə uyğun işləri həyata keçiri.
- Növbə ərzində elektrik avadanlıqlarının fasiləsiz və yüksək keyfiyyətli işini təşkil edir, bunun ücün onlara düzgün xidmət olunmasını həyata keçirir.
- Növbə ərzində nəzarət-ölçü və avtomat cihazların göstəricilərini nəzarətdə saxlayır və onların düzgün işləməsini təmin edir.
- Növbə ərzində qəzaların qarşısını almaq üçün elektrik mühərriklərinin artıq yüklənmədən və qısa qapanmadan mühafizə sisteminin ehtibarlığını həyata keçirir.
Digər məlumatlar:
- Əmək haqqı 1500 AZN
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.