Vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesabları, reklam kampaniyaları və digər marketinq fəaliyyətləri üçün kreativ vizuallar hazırlamaq.
- Banner, poster, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal dizayn materiallarını hazırlamaq.
- Brend qaydalarına uyğun vizual konseptlər yaratmaq və tətbiq etmək.
- Foto və video çəkilişlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.
- Sosial media platformaları üçün qısa formatlı video kontent hazırlamaq və montaj etmək.
- Video materialların rəng korreksiyası, səs tənzimlənməsi, keçidlər və digər montaj işlərini yerinə yetirmək.
- Marketinq komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək.
- Vizual trendləri izləmək və yeni yanaşmaları layihələrdə tətbiq etmək.
Tələblər
- Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi.
- Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və ya Figma proqramlarını yüksək səviyyədə bilmək.
- Adobe Premiere Pro, Adobe After Effects vəya CapCut proqramlarında video montaj bacarığı.
- Foto və video çəkilişi üzrə praktiki biliklər.
- Kreativ düşüncə tərzi və detallara diqqət.
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Üstünlük hesab olunur
- Motion Design və animasiya bacarıqları.
- Süni intellekt alətləri (Higgsfield, Runway, Adobe Firefly, Freepik AI və s.) ilə işləmək təcrübəsi.
- Sosial media trendləri və kontent strategiyası haqqında bilik.
- Portfolio təqdim edilməsi.
Təminatlar
- Nahar şirkət tərəfindən qarşılanır.
- Mobil nömrə ilə təminat.
- Lisenziyalı proqramlar və avadanlıqlarla təminat.
İş şəraiti
- Əmək haqqı: 1200 AZN Gross
- İş rejimi: 6 günlük.
Əlaqə: 0555003202
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Ünvan: Binəqədi ray., Ruslan Allahverdiyev 21D, 9-cu döngə