Vəzifə öhdəlikləri:
- İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;
- İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
- SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;
- Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr üzrə);
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- ISO 45001 və 14001 standartları üzrə biliklər;
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
Əmək şəraiti:
- İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən qarşılanır.
- Telefon nömrəsi ilə təminat var.
- Əmək haqqı 1500 AZN (net)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.