Sətəm üzrə Menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sətəm üzrə Menecer

  • Истекает 13 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
  • Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
  • SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;
  • Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr üzrə);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli; 
  • ISO 45001 və 14001 standartları üzrə biliklər;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;

Əmək şəraiti:

  • İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
  • İş qrafiki: 6 gün
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Telefon nömrəsi ilə təminat var.
  • Əmək haqqı 1500 AZN (net)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly609
  • Monthly1296