Vəzifə öhdəlikləri:
- Hacıqabul, Sabirabad, Saatlı, Nefçala şəbəkələri üzrə inkişaf və satış strategiyasının hazırlanması
- Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
- Satış üzrə təqdimat və təkliflərin hazırlanması
- Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili
- Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək
Tələblər:
- Müvafiq sahə üzrə ən az Bölgə Müdiri vəzifəsində 5 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları
İş haqqında məlumat:
- İş yeri: Şirvan şəhəri
- İş qrafiki: 6 günlük iş qrafiki.
- İşə qəbul, Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əmək haqqı 1000 Gross və satışdan gələn bonus
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.