İnsan Resursları üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə menecer

  • Deadline 29 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:

  • Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması;
  • İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
  • Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
  • İşə qəbul əməliyyatlarının həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
  • HR data-bazanın yaradılması, məlumatların daim aktual saxlanılması və dəyişikliklərin vaxtında daxil edilməsi;
  • Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), uyğun əmrlərin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
  • Rəhbərlik tərəfindən verilən digər HR tapşırıqlarının icrası.

Tələblər:

  • Yaxın Ərazilərdə (Sumqayıt,Xırdalan,Hökməli,Sulutəpə,Müşfiqabad,Masazır) yaşayan namizədlərin müraciət etməsi daha uyğundur.
  • İnsan Resursları sahəsində mütəxəssis kimi 3 il iş təcrübəsi olmalı;

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına görə təyin olunacaq
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00, şənbə-bazar istirahət;
  • Nahar şirkət tərəfindən verilir;
  • Ünvan: Abșeron rayonu, Şamaxı șossesi,14-cü km;

Müraciət üçün: CV-nizi (051) 240-95-68 (whatsapp)-na və ya mövzu yerinə “İnsan Resursları üzrə menecer” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly149
  • Monthly2186