İş haqqında məlumat:
- Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması;
- İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
- İşə qəbul əməliyyatlarının həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- HR data-bazanın yaradılması, məlumatların daim aktual saxlanılması və dəyişikliklərin vaxtında daxil edilməsi;
- Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), uyğun əmrlərin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən digər HR tapşırıqlarının icrası.
Tələblər:
- Yaxın Ərazilərdə (Sumqayıt,Xırdalan,Hökməli,Sulutəpə,Müşfiqabad,Masazır) yaşayan namizədlərin müraciət etməsi daha uyğundur.
- İnsan Resursları sahəsində mütəxəssis kimi 3 il iş təcrübəsi olmalı;
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına görə təyin olunacaq
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00, şənbə-bazar istirahət;
- Nahar şirkət tərəfindən verilir;
- Ünvan: Abșeron rayonu, Şamaxı șossesi,14-cü km;
Müraciət üçün: CV-nizi (051) 240-95-68 (whatsapp)-na və ya mövzu yerinə “İnsan Resursları üzrə menecer” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.