“CAN-PA” MMC-yə “Satınalma üzrə menecer” vakansiyasına işçi tələb olunur.
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması;
- İdxal/İxrac və logistika proseslərinin koordinasiyasında iştirak;
- Təchizatçıların araşdırılması, seçilməsi və yeni təchizatçıların cəlb edilməsi;
- Təchizatçılarla müqavilə və sənədləşmə proseslərini koordinasiya etmək;
- Xammal və materialların qalıqlarını izləmək və istehsal planına uyğun satınalma ehtiyaclarını müəyyənləşdirmək;
- Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
- Vəzifə öhdəliklərinin vaxtında və dəqiq yerinə yetirilməsi.
- Xarici ölkələrdən malların vaxtında sifarişi və ölkəyə çatdırılmasının təşkil edilməsi;
Tələblər:
- Satınalma və ya təchizat sahəsində minimum 3–5 il (mütləq şərt);
- İngilis dili biliyi minimum B2/C1 səviyyəsində (yazılı və şifahi)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Maşını olması mütləqdir
- Cinsi: Bəy namizədlər
- Yaş həddi:24-40
Təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Nahar şirkət tərəfindən verilir
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
- İş vaxtı: 08:00–17:00;
- Əmək haqqı: 900-1200 Azn (Əlavə bonus )
Müraciət üçün: (051) 240 95 68 (whatsapp)-na CV-lərinizi göndərə bilərsiniz. Və ya CV-nizi mövzu yerinə “Satınalma üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.