Vəzifə öhdəlikləri:
- Mətbəx sahəsində gündəlik təmizlik və nizam-intizamın təmin edilməsi;
- Qonaqlara çay, qəhvə və digər içkilər üzrə xidmətin yüksək səviyyədə təmin edilməsi;
- Əməkdaşlar və qonaqlarla etik davranış qaydalarına uyğun, nəzakətli və peşəkar ünsiyyətin qurulması;
- İstifadə olunan qab-qacaq və mətbəx avadanlıqlarının sanitariya-gigiyena normalarına uyğunluğuna nəzarət edilməsi;
- Mətbəxin daim təmiz və səliqəli saxlanılması;
- Mətbəx ləvazimatlarının və təmizlik vasitələrinin aylıq sərfiyyatına nəzarət edilməsi və tədarük ehtiyaclarının vaxtında bildirilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı 500-600 AZN (ə/h namizədin dil biliyi və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Təmizlik və xidmət sahəsində təcrübənin olması üstünlükdür;
- Təmizlik alətləri və ləvazimatlarından düzgün istifadə qaydalarını bilmək;
- İşində məsuliyyətli, səliqəli və təmizkar olmaq;
- Azərbaycan dili biliyi mütləq, rus dili biliyi arzuolunandır;
- Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Çayçı” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.