Vəzifə və funksional öhdəliklər:
- Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası;
- Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi;
- Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi;
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpası;
- Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi;
- Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):
- Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
- Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür;
- Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı;
- Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması;
- Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 850-950 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.