Vəzifə öhdəlikləri:
- Cəmiyyətin müxtəlif məqsədlər üçün inşa olunan obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
- Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak etmək;
- İnteryer və eksteryer dizaynı üzrə eskiz və layihələrinin hazırlanmasını təmin etmək;
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini təmin etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğunu araşdırmaq;
- Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunun təmin edilməsində iştirak etmək;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri,Nəsimi r.,C. Məmmədquluzadə küç. 1025
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı 2000-2500 AZN (ə/h namizədin təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Memarlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Müxtəlif təyinatlı binaların işçi layihələrinin hazırlanması üzrə iş təcrübəsi;
- AutoCAD, Archicad və ya digər analoji layihələndirmə proqramlarında sərbəst işləmək bacarığı;
- Tikinti norma və qaydaları (SNiP, AzDTN və s.) barədə məlumatlılıq;
- Layihə sənədlərinin hazırlanması və oxunması bacarığı;
- Komandada işləmək bacarığı və məsuliyyət.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Memar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.