Capital Construction MMC Capital Construction MMC
  • 697

Capital Construction MMC

Tikinti

Mühəndislik və Texniki İşlər Şöbəsinin mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndislik və Texniki İşlər Şöbəsinin mühəndisi

  • Deadline 24 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tikinti obyektlərinin layihələri əsasında bazar qiymətlərinə uyğun smetaların hazırlanması;
  • Tenderə çıxarılmış layihələrin təhlili, iş həcmlərinin yoxlanılması, maya dəyəri üzrə smetalarıntender təklif qiymətlərinin hazırlanması;
  • Aylıq yerinə yetirilmiş işlər üzrə Forma №2 aktlarıM29 texniki hesabatların tərtibi olunması;
  • Görülmüş işlərin nəticələrinin 1C proqramına daxil edilməsiyekun sənədlərin arxivləşdirilməsi;
  • Layihə-smeta sənədlərinin ilkin yoxlanılması, nöqsanların müəyyən edilməsi və aradan qaldırılması üçün texniki təkliflərin verilməsi;
  • Tikinti işlərinin texnoloji ardıcıllıq və keyfiyyət normalarına uyğunluğuna nəzarət;
  • Layihə üzrə iş həcmlərinin hesablanması və icra hesabatlarının hazırlanması;
  • Tikinti-quraşdırma işlərinin norma, standart və texniki şərtlərə uyğunluğunun yoxlanılması;
  • Layihə dəyişikliklərinin müvafiq sənədlərə əlavə olunması;
  • Tikinti müqavilələrinin hazırlanmasında iştirak və icrasına nəzarət;
  • Subpodratçılardan daxil olan sənəd və hesabatların yoxlanılması və təsdiq üçün təqdim edilməsi;
  • Sifarişçiyə təqdim ediləcək Forma №2-lərin və ümumi reyestrlərin hazırlanması
  • Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunun aparılması.

Namizədə tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi, mühəndislik, texniki və ya müvafiq sahə üzrə)
  • Tikinti və smeta sahəsində ən azı 1–3 il iş təcrübəsi
  • Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
  • Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
  • Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
  • 1C proqramı ilə işləmə bacarığı
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
  • Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı

İş şəraiti: 

  • İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1200- 1600 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Müraciət prosesi:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühəndislik və Texniki İşlər Şöbəsinin mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly158
  • Monthly2100