Vəzifə öhdəlikləri:
- Cəmiyətin sənaye, ictimai və yaşayış obyektlərində su təchizatı, kanalizasiya və qazanxana sistemlərinin quraşdırılması, təmiri, sazlanması və profilaktik işlərini həyata keçirmək;
- Su təchizatı, kanalizasiya və nasos sistemlərinin sxemlərinə və texniki çəkilişlərinə əsasən avadanlıqların quraşdırılması, sazlanması, montajı və cari təmirini yerinə yetirmək;
- Quraşdırılmış sistemlərin hidravlik və funksional sınaqlarında iştirak etmək, nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;
- Gündəlik işlərdə istifadə olunan materialların və alətlərin səliqəli istifadəsini və uçotunu təmin etmək;
- İşlərin gedişatında əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Şöbə və briqada daxilində iş bölgüsünə əməl etmək və işçilərə praktiki dəstək göstərərək peşə bacarıqlarının artırılmasına kömək etmək;
- Görülən işlər barədə bilavasitə rəhbərə məlumat vermək və hesabatların hazırlanmasına dəstək göstərmək;
- Digər mühəndis bölmələri (elektrik, mexanika və s.) ilə qarşılıqlı əlaqəli və koordinasiyalı şəkildə işlərin icrasını təmin etmək.
Namizədə tələblər:
- Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
- Müvafiq sahə üzrə peşə təhsili üstünlükdür;
- Müvafiq ixtisas sənədi, sertifikatının olması;
- Su, kanalizasiya və istilik sistemlərini quraşdırmaq və təmir etmək bacarığı.
- Məsuliyyətlilik və intizamlı iş yanaşması;
- Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
İş şəraiti:
- İş yeri: Zığ qəs.,
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və kanalizasiya sistemləri üzrə usta” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.