CarBuy – avtomobil sektorunda salonlar, dilerlər və alıcıları bir araya gətirən innovativ B2B platformadır. Biz avtomobil satış prosesini rəqəmsallaşdırır, şəffaf və sürətli alqı-satqı ekosistemi yaradırıq. Hazırda komanda olaraq böyümə mərhələsindəyik və satış sahəsində enerjili, analitik və nəticəyə fokuslanan bir Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- CarBuy platformasının üstünlüklərini avtosalonlara, dilerlərə və fərdi satıcılara təqdim etmək
- Yeni müştərilərin (B2B partnyorların) cəlb olunması və aktiv əlaqələrin qurulması
- Mövcud müştəri bazasının idarə olunması, müqavilələrin bağlanması və satış prosesinin tam izlənməsi
- Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi
- Müştəri rəylərinin toplanması və məhsul komandasına geribildirim verilməsi
Tələblər:
- Satış sahəsində minimum 2 il təcrübə (avtomobil sektoru və ya B2B satış sahəsində olması üstünlükdür)
- Güclü kommunikasiya və inandırma bacarığı
- Aktivlik, təşəbbüskarlıq və nəticəyə fokuslanma
- Rəqəmlərlə işləmə bacarığı və CRM sistemləri ilə tanışlıq
- Avtomobil bazarı haqqında anlayış (üstünlükdür)
Biz nə təklif edirik:
- Rəqəmsal transformasiya mərhələsində olan güclü layihədə iştirak imkanı
- Dinamik, açıq və gənc komanda
- Peşəkar inkişaf və real karyera yüksəlişi imkanı
İş şəraiti:
- Əməkhaqqı: 1000 AZN + satışdan bonus
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Babək prospekti 282
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (Satış Meneceri) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.