CarBuy CarBuy
  • 215

Telesatış Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Telesatış Mütəxəssisi

  • Deadline 7 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Potensial müştərilərlə (avtosalonlar, dilerlər, vasitəçilər) telefon və onlayn vasitələrlə ilkin əlaqə qurmaq;
  • CarBuy platformasının üstünlüklərini təqdim etmək və satışa yönləndirmək;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirərək fərdi həllər təklif etmək;
  • Satış prosesini müqaviləyə qədər izləmək və nəticələndirmək;
  • Etirazlarla işləmək və onları uğurlu satışa çevirmək;
  • CRM sistemində zəng və görüşlərin nəticələrini qeyd etmək;
  • Satış göstəriciləri barədə mütəmadi hesabatlar təqdim etmək;
  • Marketinq və satış komandasına müştəri rəylərini ötürmək, satış skriptlərinin təkmilləşdirilməsində iştirak etmək.

Namizəd Profili (Tələblər):

  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq sahəsində üstünlükdür);
  • Telesatış, B2B satış, çağrı mərkəzi üzrə minimum 1-2 il təcrübə;
  • Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili üstünlükdür);
  • Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
  • Məqsədyönlü, nəticəyönümlü və stressə davamlı olmaq;
  • CRM sistemlərindən istifadə bacarığı üstünlükdür;
  • Komandada işləmək və eyni zamanda müstəqil nəticə göstərmək bacarığı.

Şəxsi Keyfiyyətlər:

  • Aktiv dinləmə və analitik düşünmə bacarığı;
  • Müştəriyə dəyər yaratmaq yanaşması;
  • Özünü inkişaf etdirməyə açıq olmaq;
  • Qələbə ruhlu, motivasiyalı və satışa həvəsli olmaq.

Biz təklif edirik:

  • Rəqəmsal avto-sahə üzrə yenilikçi platformada iş imkanı;
  • Sabit əmək haqqı + cəlbedici bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün şərait;
  • Komanda daxilində öyrənmə və təlimlər.

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  vəzifənin adını (Telesatış mütəxəssisi) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly591
  • Monthly1587