Videoqraf / Video montajçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Videoqraf / Video montajçı

  • Deadline 13 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomobil sahəsinə və kreativ videoların hazırlanmasına marağın varsa, komandamıza qoşul!

İş yeri: Carbuy

İş qrafiki: 6 günlük

Vəzifə öhdəlikləri:

  • Avtosalonda avtomobillərin foto və video çəkilişlərini həyata keçirmək;  
  • Instagram Reels, TikTok və digər sosial şəbəkələr üçün kreativ, dinamik və trendlərə uyğun videolar hazırlamaq;  
  • Çəkiliş prosesini planlaşdırmaq, təşkil etmək və həyata keçirmək;  
  • Videoların montajını etmək, səs, musiqi, mətn və vizual effektlər əlavə etmək;  
  • Sosial media və video kontent sahəsindəki yenilikləri izləmək;  
  • Brend üçün maraqlı və kreativ kontent ideyaları təklif etmək;  
  • Marketinq kampaniyaları üçün video kontentin hazırlanmasına dəstək göstərmək;  
  • Tapşırıqları müəyyən edilmiş qrafikə uyğun və vaxtında təhvil vermək.

Namizədə tələblər:

  • Reels, TikTok və qısa video kontentinin hazırlanması üzrə təcrübə;  
  • Adobe Premiere Pro, After Effects və ya digər video montaj proqramlarında işləmək bacarığı;  
  • Kreativ düşüncə və müasir trendləri izləmək bacarığı;  
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;  
  • Avtomobil mövzusunda kontent hazırlamağa maraq;  
  • Portfolio təqdim edilməsi arzuolunandır.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı;  
  • Kreativ və gənc komanda ilə işləmək imkanı;  
  • Portfolio yaratmaq və genişləndirmək üçün real brend layihələri;  
  • Peşəkar və karyera inkişafı perspektivləri;  
  • Dinamik və yaradıcı iş mühiti.

Müraciət etmək üçün CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin.

Mövzu hissəsində “Videoqraf / Video montajçı” qeyd etməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly575
  • Monthly1173