C Care Academy
  • 265

Satış Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Operatoru

  • Deadline 15 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Care Academy komandamıza daxil olan müraciətlərlə işləyəcək, potensial müştərilərə xidmətlərimiz haqqında məlumat verəcək və onları konsultasiya görüşlərinə yönləndirəcək Satış Operatoru axtarır.

Bu vəzifə əsasən reklam və digər kanallar vasitəsilə bizə müraciət etmiş potensial müştərilərlə — yəni isti lead-lərlə işləməyi nəzərdə tutur.

Vəzifə öhdəlikləri

  • Reklam, WhatsApp, Instagram və digər kanallardan daxil olan müraciətləri operativ cavablandırmaq;
  • Potensial müştərilərin ehtiyacını müəyyənləşdirmək;
  • Care Academy-nin xidmət və təklifləri haqqında düzgün məlumat vermək;
  • Müraciət edən şəxsləri konsultasiya görüşünə yönləndirmək;
  • Konsultasiya üçün uyğun tarix və saat təyin etmək;
  • Təyin edilmiş görüşləri izləmək və görüşdən öncə müştərilərlə əlaqə saxlamaq;
  • Cavabsız və ya qərarsız qalan müraciətlərlə mütəmadi follow-up aparmaq;
  • Potensial müştərilərin satış prosesində növbəti mərhələyə keçməsinə dəstək olmaq;
  • Müştəri məlumatlarını və müraciət nəticələrini sistemdə düzgün qeyd etmək;
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq.

Namizədə tələblər

  • Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;
  • Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
  • Telefon və yazılı ünsiyyətdə özünü rahat ifadə etmək bacarığı;
  • Satışa maraqlı və nəticəyönümlü olmaq;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Verilən müraciətləri sistemli şəkildə izləmək bacarığı;
  • WhatsApp, Instagram və kompüter proqramlarından rahat istifadə etmək;
  • Komandada işləmək və öyrənməyə açıq olmaq.

Satış və ya müştəri xidmətləri sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin mütləq tələb deyil.

Əməkhaqqı və bonus sistemi

  • Sabit əməkhaqqı: 500 AZN
  • Bağlanan müqavilələrin nəticəsinə əsaslanan əlavə satış bonusları
  • Yüksək satış nəticəsi göstərən əməkdaşlar üçün ümumi aylıq gəliri əhəmiyyətli dərəcədə artırmaq imkanı
  • Bonus sistemi əməkdaşın fərdi satış nəticələrinə əsaslanır və gəlir potensialı performansdan asılı olaraq artır

Biz nə təklif edirik?

  • Hazır və isti müştəri müraciətləri ilə işləmək;
  • İşə uyğunlaşdırma və təlim;
  • Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • Satış və müştəri kommunikasiyası üzrə praktiki təcrübə;
  • Karyera və inkişaf imkanları;
  • Gənc və dinamik komanda mühiti.

İşin əsas məqsədi

  • Daxil olan müraciəti sadəcə cavablandırmaq deyil, potensial müştərinin ehtiyacını düzgün anlayaraq onu konsultasiya görüşünə və satış mərhələsinə gətirməkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly582
  • Monthly1180