Forklift (Avtoyükləyici) sürücüsü

  • Deadline 26 Noyabr 2026

Vakansiya haqqında: 

  • Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məsuliyyətli və peşəkar Forklift (Avtoyükləyici) Sürücüsü axtarırıq. 

İş şərtləri:

  • İş yeri: Xırdalan, Carlsberg Azerbaijan zavodu
  • Şöbə: Anbar və daxili logistika
  • İş qrafiki: Növbəli

Əsas vəzifə öhdəlikləri:

  • Forklift vasitəsilə məhsul, xammal və materialların daşınmasını, nəqliyyat vasitələrinə yüklənməsini və boşaldılmasını həyata keçirmək.
  • Yükləri müəyyən edilmiş qaydalara uyğun olaraq rəflərə yerləşdirmək və istifləmək.
  • Məhsul və materialların qəbulu və təhvili zamanı miqdarını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq, uyğunsuzluqlar barədə məlumat vermək.
  • Sifarişləri sənədlərə uyğun komplektləşdirmək, anbar əməliyyatlarını WMS sistemində vaxtında və düzgün qeydə almaq.
  • İstehsal xətlərinin materiallarla təmin edilməsində və inventar sayımlarında iştirak etmək.
  • Növbə başlamazdan əvvəl forkliftin texniki vəziyyətini yoxlamaq, müvafiq yoxlama qeydlərini aparmaq və nasazlıqlar barədə dərhal məlumat vermək.
  • Sürət həddinə, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək.

Namizədlərə dair tələblər: 

  • Orta və ya orta ixtisas təhsili;
  • Forklift (Avtoyükləyici) idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat;
  • Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi;
  • Təhlükəsizlik qaydalarına yüksək diqqət;
  • Anbar prosesləri — malların qəbulu, yerləşdirilməsi və göndərilməsi üzrə biliklər;
  • Rus dili biliyi üstünlükdür;
  • Növbəli iş qrafikində işləməyə hazırlıq;
  • Diqqətlilik, məsuliyyət və intizam.
  • WMS sistemi, terminal və skanerlərlə iş təcrübəsi üstünlükdür

Əlavə şərtlər:

  • Nahar təminatı
  • 4 istiqamət üzrə transfer (səhər və axşam)

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:

Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily105
  • Weekly355
  • Monthly2327