Ofis meneceri / Reception
Əsas vəzifələr:
Şirkətin qonaqlarını qarşılamaq və müşayiət etmək;
Şirkətin qonaqlarına, Owner və İcraçı direktora çay, kofe və su təqdim etmək;
Görüş otaqlarını hazırlamaq və görüşlərin təşkilinə nəzarət etmək;
Owner və İcraçı direktorun görüş təqvimini aparmaq, görüşləri, dəyişiklikləri və ləğvləri qeyd etmək, görüşlər barədə vaxtında xatırlatmaq;
Daxil olan zəngləri və yazışmaları qəbul etmək və aidiyyəti üzrə yönləndirmək;
Məktubların, sənədlərin, bağlamaların və kuryer göndərişlərinin təşkilini həyata keçirmək;
Ofisin inzibati və təsərrüfat işlərini idarə etmək;
Ofis üçün bütün zəruri satınalmaları təşkil və nəzarət etmək;
Dəftərxana, təsərrüfat və digər ofis ləvazimatlarının stokuna nəzarət etmək və ehtiyatları vaxtında yeniləmək;
Təchizatçılarla əlaqə saxlamaq, sifariş və çatdırılmalara nəzarət etmək;
Rəhbərliyin tapşırığı ilə gül, hədiyyə və digər zəruri sifarişləri təşkil etmək;
Reception, görüş otaqları, mətbəx və ümumilikdə ofisdə səliqə və qaydaya nəzarət etmək;
Təmizlik xidmətinin işini koordinasiya etmək və cari təsərrüfat məsələlərini həll etmək;
Owner və İcraçı direktorun inzibati və təşkilati tapşırıqlarını yerinə yetirmək.
Əmək haqqı: 800 AZN
İş qrafiki:
Bazar ertəsi–Cümə: 10:00–19:00
Şənbə: 11:00–17:00
Ayrı-ayrı günlərdə rəhbərliyin iş qrafikinə və ofisdə olma saatlarına uyğun olaraq iş saatlarında dəyişiklik edilə bilər.
Əlaqə: 050 703 88 88
E-mail: [email protected]