Satış üzrə mütəxəssis - Premium İtalyan mebeli

  • Deadline 4 Sentyabr 2026

Premium İtalyan mebel və interyer həllərinin təqdim olunduğu Casa D’Arte showroomuna satış sahəsində təcrübəli əməkdaş tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Showrooma müraciət edən müştərilərin qarşılanması və ehtiyaclarının müəyyənləşdirilməsi;
  • İtalyan mebel brendləri, kolleksiyalar, materiallar və məhsul xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsi;
  • Müştərinin interyerinə, zövqünə və büdcəsinə uyğun məhsulların təqdim edilməsi;
  • Müştərilərə məhsul seçimi zamanı peşəkar konsultasiyanın göstərilməsi;
  • Satış prosesinin ilkin müraciətdən sifarişin rəsmiləşdirilməsinə qədər idarə olunması;
  • Kommersiya təkliflərinin hazırlanması və müştərilərlə davamlı əlaqənin saxlanılması;
  • Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlərin qurulması;
  • Satış hədəflərinin yerinə yetirilməsi;
  • CRM sistemində müştəri məlumatlarının, satış mərhələlərinin və follow-up prosesinin düzgün idarə olunması;
  • Satış nəticələri və müştəri müraciətləri üzrə mütəmadi hesabatların təqdim edilməsi;
  • Məhsullar, qiymətlər, sifarişlər və müştəri məlumatlarının sistemdə düzgün qeyd olunması;
  • Dizaynerlər, memarlar və korporativ tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi.

Namizədə tələblər:

  • İtalyan mebel, premium mebel və ya interyer məhsullarının satışı sahəsində 3–5 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst və peşəkar ünsiyyət bacarığı;
  • İngilis dili biliyi üstünlükdür;
  • Güclü ünsiyyət, təqdimat və satış bacarıqları;
  • Yüksək seqment müştərilərlə etik, nəzakətli və fərdi xidmət standartlarına uyğun ünsiyyət qurmaq bacarığı;
  • Mebel materialları, ölçülər, funksionallıq, interyer üslubları və məhsulların məkana uyğunlaşdırılması barədə biliklər;
  • Müştərinin ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təqdim etmək bacarığı;
  • Korporativ təqdimat standartlarına və peşəkar iş etikasına uyğunluq;
  • Məsuliyyətli, səliqəli və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və yüksək müştəri məmnuniyyətini qorumaq bacarığı.

Biz təklif edirik:

  • Beynəlxalq İtalyan mebel brendləri və yüksək seqmentli layihələrlə işləmək imkanı;
  • Peşəkar və korporativ iş mühiti;
  • Brendlərin məhsulları, materialları və satış standartları üzrə peşəkar təlimlər;
  • Yüksək əməkhaqqı və satış nəticələrinə uyğun şəffaf bonus sistemi;
  • Uzunmüddətli karyera və peşəkar inkişaf imkanı.

İş şərtləri 

  • İş yeri: Ağ Şəhər, Raffle Tower, Casa D’Arte showroom
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatları: 10:30–19:00
  • İstirahət günü: Həftədə 1 gün 

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly310
  • Monthly327