Caspel Süni intellekt departamentinin komandasına Data mühəndisi axtarılır!
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Data mühəndisliyi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Python və SQL üzrə güclü biliklər;
- ETL/ELT proseslərinin qurulması və data pipeline alətləri (Apache Airflow, dbt və s.) ilə iş təcrübəsi;
- Relational (PostgreSQL, MySQL, MS SQL) və NoSQL (MongoDB, Redis) məlumat bazaları ilə iş təcrübəsi;
- Vector verilənlər bazaları (Qdrant, Milvus, pgvector və s.) üzrə biliklər;
- Docker, Linux, Git və CI/CD prosesləri üzrə biliklər;
- Məlumatların modelləşdirilməsi, data keyfiyyəti və data governance anlayışları;
- Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Rus dili arzuolunandır.
Öhdəliklər
- Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və inteqrasiyası üçün ETL/ELT proseslərinin qurulması və dəstəklənməsi;
- Data pipeline-ların layihələndirilməsi, avtomatlaşdırılması və monitorinqi;
- Data warehouse və data lake infrastrukturunun qurulması və idarə olunması;
- AI və ML modelləri üçün keyfiyyətli dataset-lərin hazırlanması və aktual saxlanılması;
- RAG sistemləri üçün məlumatların emalı, vektorlaşdırılması və vector bazalarında idarə olunması;
- Real vaxt (streaming) və batch məlumat axınlarının qurulması və dəstəklənməsi;
- Məlumat keyfiyyətinin yoxlanılması, validasiya qaydalarının tətbiqi və problemlərin aradan qaldırılması;
- Məlumatların təhlükəsizliyi və məxfiliyi tələblərinə riayət olunmasının təmin edilməsi;
- Data infrastrukturunun performansının optimallaşdırılması və miqyaslandırılması;
- Texniki sənədləşdirmənin aparılması və AI komandası daxilində sıx əməkdaşlıq.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
- Diqqətlilik və işə keyfiyyətli yanaşma;
- Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.
Əlavə məlumatlar
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Data mühəndisi (Data Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.