Data mühəndisi (Data Engineer)

  • Истекает 11 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Caspel Süni intellekt departamentinin komandasına Data mühəndisi axtarılır!

Tələblər

  • Kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Data mühəndisliyi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • Python və SQL üzrə güclü biliklər;
  • ETL/ELT proseslərinin qurulması və data pipeline alətləri (Apache Airflow, dbt və s.) ilə iş təcrübəsi;
  • Relational (PostgreSQL, MySQL, MS SQL) və NoSQL (MongoDB, Redis) məlumat bazaları ilə iş təcrübəsi;
  • Vector verilənlər bazaları (Qdrant, Milvus, pgvector və s.) üzrə biliklər;
  • Docker, Linux, Git və CI/CD prosesləri üzrə biliklər;
  • Məlumatların modelləşdirilməsi, data keyfiyyəti və data governance anlayışları;
  • Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Rus dili arzuolunandır.

Öhdəliklər

  • Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və inteqrasiyası üçün ETL/ELT proseslərinin qurulması və dəstəklənməsi;
  • Data pipeline-ların layihələndirilməsi, avtomatlaşdırılması və monitorinqi;
  • Data warehouse və data lake infrastrukturunun qurulması və idarə olunması;
  • AI və ML modelləri üçün keyfiyyətli dataset-lərin hazırlanması və aktual saxlanılması;
  • RAG sistemləri üçün məlumatların emalı, vektorlaşdırılması və vector bazalarında idarə olunması;
  • Real vaxt (streaming) və batch məlumat axınlarının qurulması və dəstəklənməsi;
  • Məlumat keyfiyyətinin yoxlanılması, validasiya qaydalarının tətbiqi və problemlərin aradan qaldırılması;
  • Məlumatların təhlükəsizliyi və məxfiliyi tələblərinə riayət olunmasının təmin edilməsi;
  • Data infrastrukturunun performansının optimallaşdırılması və miqyaslandırılması;
  • Texniki sənədləşdirmənin aparılması və AI komandası daxilində sıx əməkdaşlıq.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
  • Diqqətlilik və işə keyfiyyətli yanaşma;
  • Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar

  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Data mühəndisi (Data Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.

  • Daily109
  • Weekly240
  • Monthly840