Satış və marketinq şöbəsinin satış üzrə kiçik mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış və marketinq şöbəsinin satış üzrə kiçik mütəxəssisi

  • Истекает 15 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər

  • Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir).
  • İT məhsul və xidmətləri barədə ilkin texniki anlayış: serverlər, şəbəkə avadanlıqları, proqram təminatı, bulud həlləri.
  • Ünsiyyət və təqdimat bacarıqları, müştərilərlə peşəkar münasibət qurmaq qabiliyyəti.
  • Kommersiya təkliflərinin hazırlanmasında və sənədlərlə işləməkdə əsas biliklər.
  • Öyrənməyə açıq olmaq, satış və İT sahəsində inkişaf etməyə motivasiya.
  • MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı.
  • Komandada işləmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək qabiliyyəti.
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə tapşırıqla paralel işləmək bacarığı.
  • Rus dili – yaxşı səviyyədə; ingilis dili – texniki mətnləri oxumaq və yazışma üçün üstünlükdür.

Öhdəliklər: 

  • Satış prosesinin mərhələlərində iştirak: ilkin əlaqə, müştəri ehtiyaclarının müəyyən edilməsi, təqdimatların hazırlanması, kommersiya təkliflərinin tərtibi və müqavilə mərhələsinə dəstək.
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsində aktiv iştirak.
  • Satış görüşlərinin təşkili və keçirilməsində, eləcə də danışıqlar prosesində böyük mütəxəssislərə dəstək göstərilməsi.
  • İT həlləri, məhsulları və xidmətləri üzrə təqdimatların hazırlanması və müştərilərə əsas funksional üstünlüklərin izahı.
  • Müştəri tələblərinin toplanması və ilkin təhlili, uyğun həllərin formalaşdırılması üçün texniki komanda ilə koordinasiya.
  • Tender proseslərində iştirak: texniki tapşırıqların öyrənilməsi, sənədlərin hazırlanmasında və təkliflərin formalaşdırılmasında dəstək.
  • Satış fəaliyyəti üzrə hesabatların hazırlanması, CRM sistemində məlumatların düzgün və vaxtında qeydiyyatı.
  • Marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə gündəlik operativ əməkdaşlıq.
  • Satış planlarının icrasında, müəyyən edilmiş fərdi və komanda KPI-larının yerinə 

Şəxsi keyfiyyətlər:

  • Diqqətli;
  • Məsuliyyətlilik və stressə davamlılıq; 
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti;  

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə 

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbəsinin kiçik mütəxəssisi” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily14
  • Weekly507
  • Monthly1294