Tələblər
- Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir).
- İT məhsul və xidmətləri barədə ilkin texniki anlayış: serverlər, şəbəkə avadanlıqları, proqram təminatı, bulud həlləri.
- Ünsiyyət və təqdimat bacarıqları, müştərilərlə peşəkar münasibət qurmaq qabiliyyəti.
- Kommersiya təkliflərinin hazırlanmasında və sənədlərlə işləməkdə əsas biliklər.
- Öyrənməyə açıq olmaq, satış və İT sahəsində inkişaf etməyə motivasiya.
- MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı.
- Komandada işləmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək qabiliyyəti.
- Vaxtın düzgün idarə edilməsi və bir neçə tapşırıqla paralel işləmək bacarığı.
- Rus dili – yaxşı səviyyədə; ingilis dili – texniki mətnləri oxumaq və yazışma üçün üstünlükdür.
Öhdəliklər:
- Satış prosesinin mərhələlərində iştirak: ilkin əlaqə, müştəri ehtiyaclarının müəyyən edilməsi, təqdimatların hazırlanması, kommersiya təkliflərinin tərtibi və müqavilə mərhələsinə dəstək.
- Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsində aktiv iştirak.
- Satış görüşlərinin təşkili və keçirilməsində, eləcə də danışıqlar prosesində böyük mütəxəssislərə dəstək göstərilməsi.
- İT həlləri, məhsulları və xidmətləri üzrə təqdimatların hazırlanması və müştərilərə əsas funksional üstünlüklərin izahı.
- Müştəri tələblərinin toplanması və ilkin təhlili, uyğun həllərin formalaşdırılması üçün texniki komanda ilə koordinasiya.
- Tender proseslərində iştirak: texniki tapşırıqların öyrənilməsi, sənədlərin hazırlanmasında və təkliflərin formalaşdırılmasında dəstək.
- Satış fəaliyyəti üzrə hesabatların hazırlanması, CRM sistemində məlumatların düzgün və vaxtında qeydiyyatı.
- Marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə gündəlik operativ əməkdaşlıq.
- Satış planlarının icrasında, müəyyən edilmiş fərdi və komanda KPI-larının yerinə
Şəxsi keyfiyyətlər:
- Diqqətli;
- Məsuliyyətlilik və stressə davamlılıq;
- Məqsədyönlülük;
- Loyallıq və punktual olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbəsinin kiçik mütəxəssisi” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.