Caspel Süni intellekt departamentinin komandasına Süni intellekt üzrə mühəndis axtarılır!
Tələblər
- Kompüter elmləri, süni intellekt, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Süni intellekt və ya proqram təminatının hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
- Python proqramlaşdırma dili üzrə güclü biliklər;
- Böyük dil modelləri (LLM) ilə iş təcrübəsi — həm kommersiya (OpenAI, Anthropic, Google), həm də açıq mənbəli (Llama, Mistral, Qwen) modellər;
- RAG arxitekturalarının qurulması və vector verilənlər bazaları (FAISS, Qdrant, Milvus, pgvector) ilə iş təcrübəsi;
- AI agent framework-ləri (LangChain, LangGraph, LlamaIndex) üzrə təcrübə;
- LLM fine-tuning (LoRA/QLoRA) və prompt engineering üzrə biliklər;
- Computer Vision, STT və ya TTS texnologiyaları ilə iş təcrübəsi;
- REST API-lərin hazırlanması (FastAPI) və mikroservis arxitekturası üzrə biliklər;
- Docker, Kubernetes, Linux, Git və CI/CD üzrə biliklər;
- LLMOps/MLOps alətləri və model monitorinqi üzrə biliklər;
- Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.
Öhdəliklər
- LLM əsaslı məhsulların — chatbot, AI agent və RAG sistemlərinin arxitekturasının qurulması, hazırlanması və təkmilləşdirilməsi;
- LLM-lərin fine-tuning edilməsi, qiymətləndirilməsi (evaluation) və biznes tələblərinə uyğunlaşdırılması;
- Computer Vision və Speech AI (STT/TTS) həllərinin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;
- AI modellərinin API-lər vasitəsilə korporativ sistemlərə inteqrasiyasının həyata keçirilməsi;
- AI həllərinin production mühitinə çıxarılması, miqyaslandırılması və stabil işləməsinin təmin edilməsi;
- AI sistemlərində təhlükəsizlik mexanizmlərinin (guardrails) tətbiqi və keyfiyyətə nəzarət;
- Demo və POC (proof-of-concept) həllərinin hazırlanması (Streamlit, Gradio və s.);
- Sahə üzrə yeni model və metodologiyaların araşdırılması və layihələrdə tətbiqi;
- Məhsul və biznes komandaları ilə əməkdaşlıq və texniki sənədləşdirmənin aparılması;
- Komandanın gənc üzvlərinə və təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
- Diqqətlilik və işə keyfiyyətli yanaşma;
- Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.
Əlavə məlumatlar
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Süni intellekt üzrə mühəndis (AI Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.