Süni intellekt üzrə mühəndis (AI Engineer)

  • Истекает 11 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Caspel Süni intellekt departamentinin komandasına Süni intellekt üzrə mühəndis axtarılır!

Tələblər

  • Kompüter elmləri, süni intellekt, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Süni intellekt və ya proqram təminatının hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
  • Python proqramlaşdırma dili üzrə güclü biliklər;
  • Böyük dil modelləri (LLM) ilə iş təcrübəsi — həm kommersiya (OpenAI, Anthropic, Google), həm də açıq mənbəli (Llama, Mistral, Qwen) modellər;
  • RAG arxitekturalarının qurulması və vector verilənlər bazaları (FAISS, Qdrant, Milvus, pgvector) ilə iş təcrübəsi;
  • AI agent framework-ləri (LangChain, LangGraph, LlamaIndex) üzrə təcrübə;
  • LLM fine-tuning (LoRA/QLoRA) və prompt engineering üzrə biliklər;
  • Computer Vision, STT və ya TTS texnologiyaları ilə iş təcrübəsi;
  • REST API-lərin hazırlanması (FastAPI) və mikroservis arxitekturası üzrə biliklər;
  • Docker, Kubernetes, Linux, Git və CI/CD üzrə biliklər;
  • LLMOps/MLOps alətləri və model monitorinqi üzrə biliklər;
  • Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.

Öhdəliklər

  • LLM əsaslı məhsulların — chatbot, AI agent və RAG sistemlərinin arxitekturasının qurulması, hazırlanması və təkmilləşdirilməsi;
  • LLM-lərin fine-tuning edilməsi, qiymətləndirilməsi (evaluation) və biznes tələblərinə uyğunlaşdırılması;
  • Computer Vision və Speech AI (STT/TTS) həllərinin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;
  • AI modellərinin API-lər vasitəsilə korporativ sistemlərə inteqrasiyasının həyata keçirilməsi;
  • AI həllərinin production mühitinə çıxarılması, miqyaslandırılması və stabil işləməsinin təmin edilməsi;
  • AI sistemlərində təhlükəsizlik mexanizmlərinin (guardrails) tətbiqi və keyfiyyətə nəzarət;
  • Demo və POC (proof-of-concept) həllərinin hazırlanması (Streamlit, Gradio və s.);
  • Sahə üzrə yeni model və metodologiyaların araşdırılması və layihələrdə tətbiqi;
  • Məhsul və biznes komandaları ilə əməkdaşlıq və texniki sənədləşdirmənin aparılması;
  • Komandanın gənc üzvlərinə və təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
  • Diqqətlilik və işə keyfiyyətli yanaşma;
  • Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar

  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Süni intellekt üzrə mühəndis (AI Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.

  • Daily109
  • Weekly240
  • Monthly840