İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2500–3000 AZN
Vəzifə öhdəlikləri
- Tikinti-quraşdırma və təmir-bərpa layihələrində elektrik və zəif axın işlərinin layihə, AzDTN, qanunvericilik, standartlar və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
- Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
- Elektrik işlərinin ITP (Inspection and Test Plan) əsasında yoxlanılmasını və qəbul proseslərində texniki nəzarəti həyata keçirmək;
- Layihə, texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək;
- Material və avadanlıqların layihə və spesifikasiyalara, həmçinin təsdiq edilmiş sənədlərə uyğunluğunu yoxlamaq;
- Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılmasını izləmək;
- Layihədən kənar və keyfiyyətsiz işlərin düzəldilməsi ilə bağlı tövsiyələr vermək;
- Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
- Həftəlik, aylıq və rəhbərlik üçün zəruri hesabatlar hazırlamaq.
Tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il elektrik mühəndisi kimi iş təcrübəsi;
- Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
- AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
- Layihə və IFC çertyojlarını oxuma və sahədə tətbiqinə nəzarət bacarığı;
- AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
- Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
- İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.