Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • Истекает 14 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri

Əmək haqqı: 2500–3000 AZN

Vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma və təmir-bərpa layihələrində elektrik və zəif axın işlərinin layihə, AzDTN, qanunvericilik, standartlar və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
  • Elektrik işlərinin ITP (Inspection and Test Plan) əsasında yoxlanılmasını və qəbul proseslərində texniki nəzarəti həyata keçirmək;
  • Layihə, texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək;
  • Material və avadanlıqların layihə və spesifikasiyalara, həmçinin təsdiq edilmiş sənədlərə uyğunluğunu yoxlamaq;
  • Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılmasını izləmək;
  • Layihədən kənar və keyfiyyətsiz işlərin düzəldilməsi ilə bağlı tövsiyələr vermək;
  • Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
  • Həftəlik, aylıq və rəhbərlik üçün zəruri hesabatlar hazırlamaq.

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il elektrik mühəndisi kimi iş təcrübəsi;
  • Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
  • AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
  • Layihə və IFC çertyojlarını oxuma və sahədə tətbiqinə nəzarət bacarığı;
  • AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
  • Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
  • İngilis dili biliyi.

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily26
  • Weekly164
  • Monthly1261