Caspian Engineering Solutions MMC Caspian Engineering Solutions MMC
  • 167

Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • Deadline 14 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

Əmək haqqı: 3000–3500 AZN

Vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma, söküntü, gücləndirmə və təmir-bərpa layihələrində konstruksiya işlərinin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Dəmir-beton, metal və digər konstruksiya işlərinin keyfiyyətini sahədə yoxlamaq və ITP əsasında nəzarəti həyata keçirmək;
  • Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
  • Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə/Sifarişçiyə təqdim etmək;
  • Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Uyğunsuzluqları (NCR) müəyyən etmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
  • Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
  • İşlərin qəbul proseslərində Sifarişçi nümayəndəsi kimi iştirak etmək;
  • Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
  • Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.

Tələblər

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il konstruksiya üzrə iş təcrübəsi;
  • Sifarişçi və ya nəzarətçi təşkilatda konstruktor/keyfiyyət nəzarəti üzrə təcrübəyə üstünlük verilir;
  • AzDTN, tikinti norma və qaydaları və beynəlxalq standartlar üzrə bilik;
  • Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
  • AutoCAD və MS Office, xüsusilə Excel bilikləri;
  • Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
  • Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
  • İngilis dili biliyi.

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily98
  • Weekly236
  • Monthly1331