İş yeri: Bakı şəhəri
Əmək haqqı: 3000–3500 AZN
Vəzifə öhdəlikləri
- Tikinti-quraşdırma, söküntü, gücləndirmə və təmir-bərpa layihələrində konstruksiya işlərinin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
- Dəmir-beton, metal və digər konstruksiya işlərinin keyfiyyətini sahədə yoxlamaq və ITP əsasında nəzarəti həyata keçirmək;
- Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq;
- Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə/Sifarişçiyə təqdim etmək;
- Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
- Uyğunsuzluqları (NCR) müəyyən etmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
- Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
- İşlərin qəbul proseslərində Sifarişçi nümayəndəsi kimi iştirak etmək;
- Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
- Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il konstruksiya üzrə iş təcrübəsi;
- Sifarişçi və ya nəzarətçi təşkilatda konstruktor/keyfiyyət nəzarəti üzrə təcrübəyə üstünlük verilir;
- AzDTN, tikinti norma və qaydaları və beynəlxalq standartlar üzrə bilik;
- Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
- AutoCAD və MS Office, xüsusilə Excel bilikləri;
- Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
- Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
- İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.