İş şəraiti
- İş yeri: Xankəndi şəhəri
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri
- Tikinti layihəsinin başlanğıcdan təhvilə qədər bütün mərhələlərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
- Layihənin təsdiq edilmiş qrafik, büdcə, layihə və texniki tələblərə uyğun icrasına nəzarət;
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinin təmin edilməsi;
- Layihənin iş qrafikinin hazırlanması, icra vəziyyətinin mütəmadi monitorinqi və gecikmələrin qarşısının alınması;
- Tikinti sahəsində işlərin koordinasiyası və sahə rəhbərləri, mühəndislər, texniki heyət və podratçılar arasında effektiv əməkdaşlığın təmin edilməsi;
- Subpodratçı və podratçı şirkətlərin fəaliyyətinin koordinasiyası və görülən işlərin keyfiyyətinə, müddətinə və layihəyə uyğunluğuna nəzarət;
- Layihə üzrə material, texnika, işçi qüvvəsi və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi;
- Layihə büdcəsinə, xərclərə və resurslardan səmərəli istifadəyə nəzarət;
- Tikinti zamanı yaranan texniki və təşkilati problemlərin operativ şəkildə müəyyən edilməsi və həllinin təşkili;
- Layihə, smeta, işçi çertyojlar və digər texniki sənədlərin nəzərdən keçirilməsi;
- Geodeziya, konstruksiya, beton, armatur, metal konstruksiya, MEP və digər tikinti işlərinin qarşılıqlı koordinasiyasının təmin edilməsi;
- İşlərin keyfiyyət standartlarına, təhlükəsizlik və normativ tələblərə uyğun həyata keçirilməsinə nəzarət;
- Layihədə SƏTƏMM və əməyin təhlükəsizliyi tələblərinin təmin edilməsində iştirak;
- Layihənin gedişatı ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- İcra olunmuş işlərin, aktların, hesabatların və digər layihə sənədlərinin düzgün aparılmasına nəzarət;
- Layihə üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
- Layihə üzrə sifarişçi, layihəçi, texniki nəzarət, podratçı və digər tərəflərlə işgüzar münasibətlərin və koordinasiyanın təmin edilməsi;
- Layihənin vaxtında, keyfiyyətli və təsdiq edilmiş büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi.
Namizədə tələblər
- Tikinti, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikinti layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi;
- Tikinti sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
- Böyük həcmli və mürəkkəb tikinti layihələrinin idarə olunması təcrübəsi;
- Tikinti texnologiyaları, layihə və texniki sənədlərin oxunması üzrə biliklər;
- Layihə planlaşdırılması və iş qrafiklərinin hazırlanması bacarığı;
- MS Office, xüsusilə Excel və Word proqramlarında yaxşı istifadə bacarığı;
- AutoCAD və layihələndirmə proqramları üzrə biliklər üstünlükdür;
- MS Project, Primavera P6 və ya digər layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür;
- Podratçı və subpodratçılarla işin təşkili və koordinasiyası bacarığı;
- Güclü liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Analitik düşüncə və operativ problem həll etmə bacarığı;
- Stressə davamlılıq və yüksək məsuliyyətlilik;
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı;
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Böyükmiqyaslı tikinti layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlərdən CV-lərini mövzu bölməsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.