İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2500–3000 AZN
Vəzifə öhdəlikləri
- Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində mexaniki işlərin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
- Mexaniki işlər üzrə sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında keyfiyyət nəzarətini həyata keçirmək;
- Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və Sifarişçiyə təqdim etmək;
- Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
- Podratçıların icra etdiyi işlərin keyfiyyətinə nəzarət etmək və işlərin qəbul proseslərində iştirak etmək;
- Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
- Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı texniki rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
- Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
- Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.
Tələblər
- Mexanika mühəndisliyi üzrə ali təhsil;
- Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il mexanika üzrə iş təcrübəsi;
- Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
- AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
- Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
- AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
- Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
- Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
- İngilis dili biliyi.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.