Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • Deadline 14 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

Əmək haqqı: 2500–3000 AZN

Vəzifə öhdəlikləri

  • Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində mexaniki işlərin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Mexaniki işlər üzrə sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında keyfiyyət nəzarətini həyata keçirmək;
  • Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və Sifarişçiyə təqdim etmək;
  • Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Podratçıların icra etdiyi işlərin keyfiyyətinə nəzarət etmək və işlərin qəbul proseslərində iştirak etmək;
  • Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək;
  • Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı texniki rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək;
  • Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək;
  • Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq.

Tələblər

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il mexanika üzrə iş təcrübəsi;
  • Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
  • AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik;
  • Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı;
  • AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
  • Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
  • Layihə sahələrinə mütəmadi səfər etmək imkanı;
  • İngilis dili biliyi.

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Mexanika üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily105
  • Weekly243
  • Monthly1338