Vəzifə öhdəlikləri:
- İşə başlamadan əvvəl texniki təhlükəsizlik qaydalarına əsasən idarə etdiyi avtokarın gündəlik olaraq yoxlanması, sazlığına nəzarət edilməsi;
- Baş anbardarın tapşırığı əsasında mövcud yüklərin təhlükəsiz şəkildə anbara, sexə və ərazidə olan lazımi yerlərə daşınması və yerləşdirilməsi;
- Sifariş olunan ölçüdəki barabanların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi və eyni zamanda lazım gələrsə, oradan anbara və sexə gətirilməsi;
- Avtokar vasitəsi ilə digər yükləmə işlərinin həyata keçirilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
- Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.
- Məhsulların avtokarla daşınması və yerləşdirilməsinin mümkün olmadığı bəzi dar yerlərdə malların əl ilə səliqəli şəkildə yığılmasında abardara yardım etmək;
- Sayım və iməclik proseslərində iştirak etmək;
- Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək.
Təhsil tələbləri:
- Avtokar sürücüsü sertifikatı mütləq tələbdir.
- Avtokar sürücüsü vəsiqəsi isə əlavə üstünlükdür.
Staja dair tələb:
- Ən azı 1-3 il
Peşə səriştələri:
- Effektiv ünsiyyət
- Operativlik
- Dəqiqlik
- Avtokarı səlis və düzgün idarəetmə bacarığı
Dil bilikləri:
- Azərbaycan dili
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 07:30-dan 17:30-a qədər.
- Nahar və çay fasiləsi: 1 saat nahar və 2 dəfə olmaqla, 30 dəqiqə çay fasilələri
- Əmək haqqı: 600-700 AZN
- İş yeri: Abşeron rayonu Qobu-Güzdək ərazisi.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı əsasən Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük veriləcək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.