Caspian Cable Systems Caspian Cable Systems
  • 149

Avtokar sürücüsü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtokar sürücüsü

  • Deadline 3 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İşə başlamadan əvvəl texniki təhlükəsizlik qaydalarına əsasən idarə etdiyi avtokarın gündəlik olaraq yoxlanması, sazlığına nəzarət edilməsi;
  • Baş anbardarın tapşırığı əsasında mövcud yüklərin təhlükəsiz şəkildə anbara, sexə və ərazidə olan lazımi yerlərə daşınması və yerləşdirilməsi;
  • Sifariş olunan ölçüdəki barabanların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi və eyni zamanda lazım gələrsə, oradan anbara və sexə gətirilməsi;
  • Avtokar vasitəsi ilə digər yükləmə işlərinin həyata keçirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
  • Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.
  • Məhsulların avtokarla daşınması və yerləşdirilməsinin mümkün olmadığı bəzi dar yerlərdə malların əl ilə səliqəli şəkildə yığılmasında abardara yardım etmək;
  • Sayım və iməclik proseslərində iştirak etmək;
  • Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək.

Təhsil tələbləri:

  • Avtokar sürücüsü sertifikatı mütləq tələbdir.
  • Avtokar sürücüsü vəsiqəsi isə əlavə üstünlükdür.

Staja dair tələb:

  • Ən azı 1-3 il

Peşə səriştələri:

  • Effektiv ünsiyyət
  • Operativlik
  • Dəqiqlik
  • Avtokarı səlis və düzgün idarəetmə bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili

​​​​​​​İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 07:30-dan 17:30-a qədər. 
  • Nahar və çay fasiləsi: 1 saat nahar və 2 dəfə olmaqla, 30 dəqiqə çay fasilələri
  • Əmək haqqı: 600-700 AZN
  • İş yeri: Abşeron rayonu Qobu-Güzdək ərazisi.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı əsasən Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük veriləcək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.

  • Daily1
  • Weekly103
  • Monthly120