Vəzifə öhdəlikləri:
- Laboratoriya otağının temperaturunu hər zaman 20-23 dərəcə, nisbi rütubəti (nəmliyi) isə 45 ± 10 faiz arasında saxlanmasını təmin etmək;
- Gün ərzində istehsalda olan kabelləri müəyyən edib test planlamasını etmək;
- Cihazların vəziyyətini yoxlamaq, sazlığına nəzarət etmək;
- İstehsal prosesində istehsal olunan kabellərin növünə görə ölçülərinin uyğunluğuna nəzarət etmək (damar büküm addımı, izolyasiya qalınlığı, dolğu qalınlığı, örtük qalınlığı, ötürücünün müqavimətinın yoxlanılması);
- İstehsal olunan kabelləri təyinatına görə istehsaldan sonra mümkün olan rutin və tip sınaqlarının edilməsi;
- Laboratoriyada sınaqlar zamanı istifadə olunan cihaz və ölçü alətlərinin kalibrasiya müddətinə nəzarət etmək;
- Zavoda daxil olan xammalın nümunə götürməklə, elektrik müqavimətinin, nisbi uzanma, plastiklərdə sıxlığın və s. yoxlanmasını həyata keçirmək;
- Müştəri istəyinə əsasən hazır kabellərdən nümunə paketi, sertifikatlar, sınaq protokollarını hazırlamaq;
- İstehsal olunan kabellərin TSE və digər müvafiq standartlara uyğunluğunu yoxlamaq;
- Sifarişə əsasən kabelin istehsal olunma mümkünlüyünün araşdırılması;
- Müştəri istəyinə əsasən kabellərin texniki məlumatları əks olunan sənədləri hazırlamaq;
- Kənar sifarişlərə əsasən fərqli kabel şirkətlərinin istehsal etdiyi kabelləri test etmək;
- Laboratoriya ərazisinin səliqəli saxlanmasını təmin etmək;
- Artıq qalan kabellərin soyulmaya və təkrar istifadəyə vermək;
- Tabe olduğu birbaşa rəhbəri tərəfindən tapşırılan laboratoriyaya aid digər işləri görmək.
Əsas tələblər:
- Yaş: 21-25
- Təhsil: Ali təhsil/Texniki mühəndislik.
- Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Logix proqramında və digər ERP-də işləmək bacarığı
- Təşkilati, analitik və idarəetmə bacarıqları
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: 650 AZN.
- İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.