C Caspian Cable Systems
  • 641

Caspian Cable Systems

Çoxçeşidli pərakəndə satış

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Deadline 24 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Laboratoriya otağının temperaturunu hər zaman 20-23 dərəcə, nisbi rütubəti  (nəmliyi) isə 45 ± 10 faiz arasında saxlanmasını təmin etmək;
  • Gün ərzində istehsalda olan kabelləri müəyyən edib test planlamasını etmək;
  • Cihazların vəziyyətini yoxlamaq, sazlığına nəzarət etmək;
  • İstehsal prosesində istehsal olunan kabellərin növünə görə ölçülərinin uyğunluğuna nəzarət etmək (damar büküm addımı, izolyasiya qalınlığı, dolğu qalınlığı, örtük qalınlığı, ötürücünün müqavimətinın yoxlanılması);
  • İstehsal olunan kabelləri təyinatına görə istehsaldan sonra mümkün olan rutin və tip sınaqlarının edilməsi;
  • Laboratoriyada sınaqlar zamanı istifadə olunan cihaz və ölçü alətlərinin kalibrasiya müddətinə nəzarət etmək;
  • Zavoda daxil olan xammalın nümunə götürməklə, elektrik müqavimətinin, nisbi uzanma, plastiklərdə sıxlığın və s. yoxlanmasını həyata keçirmək;
  • Müştəri istəyinə əsasən hazır kabellərdən nümunə paketi, sertifikatlar, sınaq protokollarını hazırlamaq;
  • İstehsal olunan kabellərin TSE və digər müvafiq standartlara uyğunluğunu yoxlamaq;
  • Sifarişə əsasən kabelin istehsal olunma mümkünlüyünün araşdırılması;
  • Müştəri istəyinə əsasən kabellərin texniki məlumatları əks olunan sənədləri hazırlamaq;
  • Kənar sifarişlərə əsasən fərqli kabel şirkətlərinin istehsal etdiyi kabelləri test etmək;
  • Laboratoriya ərazisinin səliqəli saxlanmasını təmin etmək;
  • Artıq qalan kabellərin soyulmaya və təkrar istifadəyə vermək;
  • Tabe olduğu birbaşa rəhbəri tərəfindən tapşırılan laboratoriyaya aid digər işləri görmək.

Əsas tələblər:

  • Yaş: 21-25
  • Təhsil: Ali təhsil/Texniki mühəndislik.
  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Logix proqramında və digər ERP-də işləmək bacarığı
  • Təşkilati, analitik və idarəetmə bacarıqları

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: 650 AZN.
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily1
  • Weekly460
  • Monthly2206