Caspian Cable Systems Caspian Cable Systems
  • 132

Caspian Cable Systems

Çoxçeşidli pərakəndə satış

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 4 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
  • İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası 
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması 
  • Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
  • Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması

Vəzifə üzrə tələblər:

  • Yaşı: 20-30 yaş
  • Təhsil tələbləri: Bakalavr/mühasibatlıq sahəsi üzrə
  • Staja dair tələb: ən azı 1-2 il (mühasibatlıq sahəsində çalışması üstünlükdür)

İxtisas səriştələri:

  • Məsuliyyətlilik
  • Diqqətlilik
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Logix
  • 1C 

Dil bilikləri:

  • Azərbaycan dili əla səviyyədə olmalı.
  • Rus və İngilis dili isə arzuolunandır.

İş şərtləri:

  • 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər /6-cı gün qısa iş günü
  • Əmək haqqı: 650-700 AZN
  • İş yeri - Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly157
  • Monthly290