Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması
- Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması
Vəzifə üzrə tələblər:
- Yaşı: 20-30 yaş
- Təhsil tələbləri: Bakalavr/mühasibatlıq sahəsi üzrə
- Staja dair tələb: ən azı 1-2 il (mühasibatlıq sahəsində çalışması üstünlükdür)
İxtisas səriştələri:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Logix
- 1C
Dil bilikləri:
- Azərbaycan dili əla səviyyədə olmalı.
- Rus və İngilis dili isə arzuolunandır.
İş şərtləri:
- 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər /6-cı gün qısa iş günü
- Əmək haqqı: 650-700 AZN
- İş yeri - Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.