Vəzifə öhdəlikləri:
- Satış üzrə sorğuların analizi və qiymət təklifinin hazırlanması
- Müəssisənin Keyfiyyət şöbəsi ilə birgə kabel çeşidlərinin analizi və müştəri istəyinə uyğun markalanmaların dəqiqləşdirilməsi
- Müəssisənin İstehsal departamentinə sorğu verilməsi və istehsal olunan məhsulun maya dəyərinin dəqiqləşdirilməsi
- Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq
- Aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
Təhsil tələbləri:
- Bakalavr (energetika və ya mühəndislik üzrə ali təhsil arzuolunandır)
Staja dair tələb:
- Satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Outlook
- ERP
Dil bilikləri:
- Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: fiks 600 AZN və aylıq bonuslar
- İş yeri N. Nərimanov rayonu Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.