Caspian Energy Club Caspian Energy Club

Korporativ Satış üzrə Koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış üzrə Koordinator

  • Deadline 25 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Caspian Energy Club Korporativ Satış üzrə Koordinator axtarır

Əsas vəzifələr

  • Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması və cəlb edilməsi
  • Potensial şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi
  • Şirkət rəhbərləri və top-menecerlərlə ilkin əlaqələrin qurulması
  • B2B görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi
  • Şirkətlərə Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim edilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Danışıqların aparılması və satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər koordinasiyası
  • Mövcud korporativ müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi
  • Yeni şirkətlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi
  • CRM sistemində müştəri məlumatlarının düzgün idarə olunması
  • Bazarın və müxtəlif sektorların araşdırılması, potensial şirkətlərin müəyyənləşdirilməsi
  • Satış planlarının yerinə yetirilməsi
  • Görüşlər, satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması
  • Caspian Energy Club-u görüşlərdə, forumlarda, biznes tədbirlərində və digər platformalarda təmsil etmək
  • Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra olunması
  • Yeni satış imkanları və biznes inkişafı üzrə ideyaların irəli sürülməsi

Tələblər

  • Yaş: 21–31
  • Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan–rus və ya Azərbaycan–ingilis dillərində səlis, aydın və qrammatik düzgün danışıq və yazı qabiliyyəti
  • Şirkət rəhbərləri və qərarverici şəxslərlə ünsiyyət qurmaq bacarığı
  • Güclü kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti
  • Satış və müştəri cəlbetmə bacarığı
  • Təqdimat və inandırma bacarığı
  • Aktiv müştəri axtarışı və soyuq əlaqələr qurmaq bacarığı
  • CRM və MS Office proqramları ilə işləmək bacarığı
  • Bazar araşdırması və şirkət bazasının formalaşdırılması bacarığı
  • Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü olmaq
  • Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa bilmək
  • Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra etmək bacarığı
  • Xarici və yerli biznes səfərlərində, forumlarda və tədbirlərdə iştirak etməyə hazır olmaq
  • İşgüzar görünüş və peşəkar davranış
  • Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək motivasiya

Üstünlük veriləcək

  • Hazır korporativ müştəri bazası olan namizədlərə
  • Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara
  • B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara
  • Aktiv networking bacarığı olanlara
  • Biznes tədbirlərində və forumlarda iştirak təcrübəsi olanlara
  • Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə

Rəsmi qeydiyyat, əməkhaqqı və bonus

  • Əməkhaqqı: 600 –1 000 AZN
  • Aylıq bonuslar: 1 500–6 500 AZN
  • Nəticələrdən asılı olaraq ümumi gəlir daha yüksək ola bilər.

Sizi nə gözləyir?

  • Dinamik və peşəkar biznes mühiti
  • Şirkət rəhbərləri və top-menecerlərlə birbaşa ünsiyyət
  • Yerli və beynəlxalq biznes tədbirlərində iştirak imkanı
  • Forumlar, biznes görüşləri və layihələrdə aktiv iştirak
  • B2B satış və biznes inkişafı istiqamətində peşəkar inkişaf
  • Karyera yüksəlişi imkanı
  • Güclü biznes əlaqələri və geniş networking mühiti

Uyğun namizədlərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanəna göndərmələri xahiş olunur.

Şəkilli CV göndərərkən mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd edin.

  • Daily0
  • Weekly626
  • Monthly2337