Caspian Energy Club komandası Korporativ Satış üzrə Koordinator axtarır.
Əsas vəzifələr:
- Yeni korporativ müştərilərin və şirkətlərin cəlb edilməsi
- Mövcud müştərilərlə əlaqələrin idarə olunması və inkişaf etdirilməsi
- Şirkətlərə klub üzvlüyü, tədbirlər və digər xidmətlərin təqdim edilməsi
- B2B görüşlərin təşkili və danışıqların aparılması
- Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər koordinasiyası
- Potensial müştərilər bazasının formalaşdırılması və CRM sistemində işlənilməsi
- Aylıq satış planlarının yerinə yetirilməsi
- Rəhbərliyə satış nəticələri və görülən işlər barədə hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- 21–30 yaş
- Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il təcrübə mütləqdir
- Aktiv satış və müştəri cəlbetmə bacarığı
- Güclü kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti
- Azərbaycan və İngilis dilində səlis danışıq və qramatik yazmaq bacarığı
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı
- Aktiv, məqsədyönlü, məsuliyyətli və nəticəyönümlü olmaq
- Biznes mühiti və şirkət rəhbərləri ilə işləməyə maraq
Əməkhaqqı - 600-900 manat
Gəlir potensialı nəticələrə əsasən daha yüksək ola bilər.
Müraciət üçün, şəkilli CV-ləri, mövzuda “B2B coordinator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.