Əmək haqqı: 800–1000 AZN + nəticələrə əsaslanan bonus sistemi
Əsas tələblər
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Rus və ya ingilis dilini bilmək üstünlükdür;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək və əməkdaşlıq etmək bacarığı;
- MS Office proqramları və internet resurslarından sərbəst istifadə etmək;
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma;
- Yaş: 22–30.
Vəzifə öhdəlikləri
- Yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları üzrə danışıqların aparılması;
- Şirkətlərlə B2B görüşlərin planlaşdırılması və təşkili;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq işgüzar zənglərin həyata keçirilməsi;
- Biznes forumları, görüşlər və digər tədbirlərin təşkilində iştirak;
- Layihələr üzrə gündəlik təşkilati və koordinasiya işlərinin həyata keçirilməsi;
- Görüşlərin nəticələri və görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Şirkətlərlə rəsmi işgüzar yazışmaların aparılması;
- Müştəri və tərəfdaşlarla kommunikasiya prosesinin koordinasiyası.
İş şəraiti və üstünlüklər
- Rəsmi əmək müqaviləsi və qeydiyyat;
- Nəticələrə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
Zəhmət olmasa CV-nizi, mövzu bölməsinə "Layihə Koordinatoru" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz