Biz tədbirlərin və kommunikasiya proseslərinin sistemli və effektiv şəkildə həyata keçirilməsini təmin edəcək koordinator axtarırıq. Namizəd fəaliyyətini birbaşa rəhbərin (Project Manager / istiqamət rəhbəri) nəzarəti altında icra edəcək.
Əsas vəzifələr:
- Dövlət qurumları ilə rəsmi yazışmaların hazırlanması və təmin olunması (B2G)
- Tədbirlər üzrə məlumatların hazırlanması və strukturlaşdırılması (forumlar, görüşlər və digər biznes tədbirləri)
- Məlumatların vaxtında və düzgün şəkildə paylaşılmasının koordinasiyası (sayt, SMM, CRM komandaları ilə)
- Vizual materialların hazırlanması üzrə dizaynerlə koordinasiya
- Tədbirlərin təşkili: podratçılarla iş, smeta, qonaq siyahıları və texniki ehtiyacların koordinasiyası
- Tədbirlərin hazırlıq, icra və yekun mərhələlərində iştirak
- Post-kommunikasiya: təşəkkür məktubları və hesabatların hazırlanması
Tələblər:
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (mütləqdir)
- Rus və ya ingilis dili — işgüzar səviyyədə
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Analitik düşüncə və məlumatı strukturlaşdırmaq bacarığı
- Yüksək məsuliyyət və deadline-lara riayət
Şərtlər:
- Təcrübəli rəhbərin nəzarəti altında strukturlaşdırılmış iş prosesi
- Beynəlxalq biznes layihələri və forumlarda iştirak imkanı
- Top-menecerlər və dövlət qurumları ilə birbaşa iş təcrübəsi
- B2G və layihə idarəçiliyi istiqamətində inkişaf perspektivi
Maaş: 800-1000 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.