C Caspian Equipment Company
  • 279

Baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mühasib

  • Истекает 15 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
  • Baş mühasib olaraq ən az 2 il iş təcrübəsi;
  • Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir;
  • Azərbaycan dilini səlis bilmək mütləqdir (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
  • MS Office (Excel, Word, Outlook və s.) proqram təminatlarını yüksək səviyyədə bilmək;
  • 1C ERP proqram təminatını yüksək səviyyədə bilmək.

Vəzifə öhdəlikləri:  

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun təşkilinə nəzarət etmək;
  • Bütün təsərrüfat əməliyyatlarının uçot reyestrlərində və mühasibat hesablarında düzgün əksini tapmasını təmin etmək;
  • Aylıq, rüblük və illik bağlanış proseslərinin idarə edilməsi və təhlil olunması;
  • Pul vəsaitləri (kassa, bank) və avans hesabatlarına nəzarət;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və ya zərər, pul vəsaitlərinin hərəkəti) tərtibi və rəhbərliyə təqdim edilməsi;
  • Vergi hesabatlarının vaxtında və düzgün hazırlanması və təqdim olunması;
  • Daxil olan vergi sorğularının və kameral yoxlamaların cavablandırılması;
  • DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergilərin və DSMF ödənişlərinin düzgün və vaxtında icrasına nəzarət;
  • Müəssisənin mühasibatlıq və vergi sistemlərinin avtomatlaşdırılması ilə bağlı təkliflər vermək;
  • Mühasibatlıq və vergi üzrə risklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Xarici və daxili auditlərlə işin əlaqələndirilməsi, yoxlamalar üçün lazım olan sənədlərin və izahatların hazırlanması;
  • Audit tövsiyələrinə uyğun olaraq uçot sistemində düzəlişlərin həyata keçirilməsi;
  • Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək və iş bölgüsünü effektiv şəkildə təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily36
  • Weekly564
  • Monthly1279