Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
- Baş mühasib olaraq ən az 2 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir;
- Azərbaycan dilini səlis bilmək mütləqdir (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- MS Office (Excel, Word, Outlook və s.) proqram təminatlarını yüksək səviyyədə bilmək;
- 1C ERP proqram təminatını yüksək səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun təşkilinə nəzarət etmək;
- Bütün təsərrüfat əməliyyatlarının uçot reyestrlərində və mühasibat hesablarında düzgün əksini tapmasını təmin etmək;
- Aylıq, rüblük və illik bağlanış proseslərinin idarə edilməsi və təhlil olunması;
- Pul vəsaitləri (kassa, bank) və avans hesabatlarına nəzarət;
- Maliyyə hesabatlarının (balans, mənfəət və ya zərər, pul vəsaitlərinin hərəkəti) tərtibi və rəhbərliyə təqdim edilməsi;
- Vergi hesabatlarının vaxtında və düzgün hazırlanması və təqdim olunması;
- Daxil olan vergi sorğularının və kameral yoxlamaların cavablandırılması;
- DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilərin və DSMF ödənişlərinin düzgün və vaxtında icrasına nəzarət;
- Müəssisənin mühasibatlıq və vergi sistemlərinin avtomatlaşdırılması ilə bağlı təkliflər vermək;
- Mühasibatlıq və vergi üzrə risklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
- Xarici və daxili auditlərlə işin əlaqələndirilməsi, yoxlamalar üçün lazım olan sənədlərin və izahatların hazırlanması;
- Audit tövsiyələrinə uyğun olaraq uçot sistemində düzəlişlərin həyata keçirilməsi;
- Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək və iş bölgüsünü effektiv şəkildə təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.