Namizəddən tələblər:
- Ali və ya peşə texniki təhsil
- Avtomobil hissələri üzrə ümumi biliyə sahib olmaq (mühərrik, transmissiya, asqı, əyləc, elektrik sistemi və s.)
- Oxşar sahə üzrə azı 1 illik iş təcrübəsi
- Sürücülük vəsiqəsi
Vəzifə funksiyaları:
- Şirkət avtomobillərinin texniki baxış və servis qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Avtomobillərdə baş verən nasazlıqlar barədə məlumat toplamaq və rəhbərliyə hesabat vermək;
- Təmir işlərinin icrası üçün daxili mexaniklərə və ya xarici servis müəssisələrinə texniki tapşırıqların hazırlanmasında iştirak etmək;
- Avtomobillərin ehtiyat hissələri və istehlak materiallarına (yağ, filtr, şin və s.) olan tələbatı müəyyənləşdirmək və təchizat şöbəsinə təqdim etmək;
- Texniki sənədlərin (texniki pasportlar, servis jurnalları, təmir aktları) düzgün aparılmasına nəzarət etmək;
- Nəqliyyat vasitələrinin texniki baxışdan və icbari sığortadan vaxtında keçməsini izləmək;
- Avtomobil sürücülərinə texniki təhlükəsizlik qaydaları barədə məlumat vermək və icrasına nəzarət etmək;
- Avtomobil parkı üzrə aylıq və illik texniki hesabatları hazırlamaq
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (6 gün)
- Karyera inkişafı imkanları
- İş yeri: Güzdək qəsəbəsi
- Əmək haqqı: 946.29 Gross
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki mütəxəssis” yazaraq 050 273 04 92 whatsapp nömrəsinə və Müraciət Et düyməsində göstərilən mail ünvanına və ya https://careers.ram.az/?vacancy=2024&source=UC_HBS8ZI linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.